İranda sərnişin təyyarəsi təcili eniş edib

İranda sərnişin təyyarəsi təcili eniş edib
  • Clock-gray 15:25
  • calendar-gray 21 Sentyabr 2019

İranın Rəzəvi Xorasan ostanında Şiraz-Məşhəd sərnişin təyyarəsi Məşhəd aeroportunda təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, təyyarənin pilotu Məşhəd aeroportuna təyyarənin ön təkərinin açılmadığını elan edib.

Pilot enişdən öncə aşağı hündürlükdə uçaraq yenidən təkərlərin açılmasına cəhd edib. Təkərlər açılıb və təyyarə heç bir problem olmadan eniş edib.

Sərnişinlər və təyyarənin ekipajından xəsarət alan olmayıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date