İraq etiraz aksiyalarına görə İranla sərhəd keçidini bağlayıb

İraq etiraz aksiyalarına görə İranla sərhəd keçidini bağlayıb
  • Clock-gray 05:34
  • calendar-gray 17 Noyabr 2019

Bağdad etiraz aksiyaları səbəbindən İranla sərhəddəki Şalamçe cənubi sərhəd keçid məntəqəsini piyadaların gediş-gəlişinə bağlayıb.

APA xəbər verir ki, bu barədə “Sky News Arabia” iranlı diplomatlara və adları məxfi saxlanılan iraqlı təhlükəsizlik xidməti əməkdaşlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, keçidin bağlanmasını Tehran xahiş edib. Qadağa yalnız piyada insanlara şamil edilir, yük daşınmaları üçün sərhəd açıqdır.

Qeyd edək ki, İranda benzinin qiymətinin qalxmasına görə, etiraz aksiyaları keçirilir. Bildirilir ki, aksiyalar zamanı bir nəfər ölüb. İraqda da bir neçə həftədir ki, həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə hökumət əleyhinə aksiyalar davam edir. Bu aksiyalarda ölənlər və yaralananlar olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date