İranda mikroavtobus aşıb, 11 nəfər ölüb

İranda mikroavtobus aşıb, 11 nəfər ölüb
# 16 iyul 2019 19:30 (UTC +04:00)

İranda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün yerli vaxtla saat 10 radələrində Boyin - Miyandəşt istiqamətindən Xansar şəhərinə gedən mikroavtobus dərəyə aşıb.

Qəza nəticəsində 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR