Kambocada bina çöküb, 18 nəfər ölüb

Kambocada bina çöküb, 18 nəfər ölüb
# 23 iyun 2019 12:01 (UTC +04:00)

Kambocada bina çöküb.

APA-nın "Khmer Times" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 05.00 radələrində Kambocanın cənubundakı Prea-Sianukvil əyalətində baş verib.

Hadisə nəticəsində 18 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Hakimiyyət orqanları dağıntılar altında neçə nəfərin qaldığının məlum olmadığını açıqlayıb.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR