KXDR Yaponiya dənizinə doğru iki naməlum raket atıb

KXDR Yaponiya dənizinə doğru iki naməlum raket atıb
# 10 sentyabr 2019 03:02 (UTC +04:00)

Şimali Koreya çərşənbə axşamı Yaponiya dənizi istiqamətində iki naməlum mərmi atıb. APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Baş Qərargah Rəislərinin Birgə Komitəsinə istinadən məlumat yayıb.

Məlumata görə, naməlum mərmilər KXDR-in qərbində yerləşən Pxenyan-Namdo əyalətinin ərazisindən şərqə doğru atılıb. Mərmilərin növü və onların uçuş məsafəsi barədə məlumat verilmir.

Bildirilir ki, Cənubi Koreya silahlı qüvvələri yeni atış hallarını izləyir və döyüş hazırlığı vəziyyətinə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR