Lavrov Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyatlara münasibət bildirib

Lavrov Türkiyənin Suriyada keçirəcəyi hərbi əməliyyatlara münasibət bildirib
# 09 oktyabr 2019 11:45 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin Suriyanın şimal-şərqində keçirəcəyi hərbi əməliyyatlara münasibət bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN başçısı bildirib ki, Suriyanın şimal-şərqində yaşanan bütün problemlər dialoq yolu ilə həll olunmalıdır.

“Biz Suriyanın şimal-şərqində, eləcə də Suriya-Türkiyə sərhədində baş verənlərlə bağlı öz mövqeyimizi dəfələrlə bildirmişik. Bizim mövqeyimiz birmənalıdır. Suriyanın qeyd olunan bölgəsindəki bütün problemlər Dəməşqdəki mərkəzi hakimiyyət və həmin ərazilərdə yaşayan kürd icmaları arasında dialoq yolu ilə həll olunmalıdır”, - deyə S. Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR