Esper: "Şimali Koreya ilə dialoqun bərpa olunmasını gözləyirik"

Esper: "Şimali Koreya ilə dialoqun bərpa olunmasını gözləyirik"
  • Clock-gray 13:02
  • calendar-gray 09 Avqust 2019

“ABŞ Şimali Koreya ilə dialoqun yaxın zamanda bərpa olunmasını gözləyir”. 

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper Cənubi Koreya Prezidenti Mun Çje İnlə görüş zamanı deyib. 

ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Pxanmuncomda baş tutan görüşü tarixi hadisə adlandıran Müdafiə naziri bildirib ki, yaxın zamanda iki ölkə arasında dialoqun bərpa edilməsini gözləyirlər. 

Mun Çje İn bildirib ki, Mark Esperin Müdafiə naziri təyin edilməsi rəsmi Seul və Vaşinqton arasında müttəfiq əlaqələrini daha da gücləndirəcək. 

Digər xəbərlər

Arxiv

date