Baş nazir: "ABŞ sanksiyaları İran-Pakistan qaz boru kəmərinin çəkilişində çətinlik yaradıb"

Baş nazir: "ABŞ sanksiyaları İran-Pakistan qaz boru kəmərinin çəkilişində çətinlik yaradıb"
# 13 iyun 2019 11:17 (UTC +04:00)

"ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar İran-Pakistan qaz boru kəmərinin çəkilişində çətinliklər yaradıb".

APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın baş naziri İmran Xan deyib.

“Hazırda bu sahədə elə ciddi bir irəliləyiş yoxdur. Bunun səbəbi isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarıdır”,- deyə İmran Xan bildirib.

Qeyd olunur ki, İran təbii qazını Pakistana daşıyacaq boru kəmərinin İran hissəsinin çəkilişi yekunlaşsa da, Pakistan hissəsinin çəkilişi hələ tamamlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR