Pentaqon rəhbəri ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə etmək üçün İraqa səfər edib

Pentaqon rəhbəri ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini müzakirə etmək üçün İraqa səfər edib
  • Clock-gray 11:36
  • calendar-gray 23 Oktyabr 2019

ABŞ müdafiə naziri Mark Esper gözlənilmədən Bağdada səfər edib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ müdafiə nazirinin İraqa səfəri əvvəlcədən elan olunmayıb.

Pentaqon rəhbərinin Bağdadda iraqlı həmkarı Nadjah əş-Şamari və baş nazir Adel Abdel Mahdi ilə görüşlər keçirəcəyi bildirilib.

Agentlik Esperin İraq rəhbərliyi ilə ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesini müzakirə edəcəyini qeyd edib.

Fərid Əkbərov

Digər xəbərlər

Arxiv

date