Qazaxıstanda Suriya ilə bağlı növbəti danışıqlar aparılacaq

Qazaxıstanda Suriya ilə bağlı növbəti danışıqlar aparılacaq
  • Clock-gray 18:28
  • calendar-gray 22 Noyabr 2019

Qazaxıstanda Suriya ilə bağlı növbəti danışıqlar prosesi aparılacaq.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dekabrın 10-11-də Rusiya, Türkiyə və İranın iştirakı ilə Suriya ilə bağlı sülh danışıqlarının yeni mərhələsi baş tutacaq.

Qazaxıstan XİN başçısı danışıqlar prosesinin gündəliyi barədə məlumat verməyib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date