Ərdoğan: ““İstanbul kanalı” layihəsi ilə bağlı hazırlıqlar tamamlanıb”

Ərdoğan: ““İstanbul kanalı” layihəsi ilə bağlı hazırlıqlar tamamlanıb”
# 07 aprel 2021 14:51 (UTC +04:00)

““İstanbul kanalı” layihəsi ilə bağlı hazırlıqlarımızı böyük ölçüdə tamamladıq. İstəsələr də, istəməsələr də bu layihəyə başlayacağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.

O, 56 qurum və 200-dən artıq elm adamı tərəfindən layihə ilə bağlı araşdırma aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, “İstanbul kanalı” layihəsi Qara və Mərmərə dənizlərini bir-birinə bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR