Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya dəstək verən müttəfiqlərə mane ola biləcəyini düşünməsi yanlışdır.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən brifinqdə jurnalistlərə deyib.
“Dünən sərnişin qatarına endirilən zərbə Putinin nə qədər çarəsiz olduğunu göstərir. Putin müttəfiqlərin Ukraynaya dəstəyini dayandıra biləcəyini düşünür, lakin yanılır”, – Rutte bildirib.
NATO-nun Baş katibi qeyd edib ki, buna cavab olaraq Ukraynaya dəstək artırılmalıdır.
“Bizim cavabımız Ukraynaya dəstəyi artırmaqdır ki, onun özünümüdafiəsi üçün lazım olan hər şey olsun”, – o əlavə edib.