Səudiyyə Ərəbistanında neft zavodu partladılıb, güclü yanğın başlayıb - VİDEO - YENİLƏNİB

Səudiyyə Ərəbistanında neft zavodu partladılıb, güclü yanğın başlayıb - VİDEO - YENİLƏNİB
# 14 sentyabr 2019 20:47 (UTC +04:00)

Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda baş vermiş güclü yanğının "Hüsilər" tərəfindən törədildiyi müəyyən edilib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, hadisənin məsuliyyətini üzərinə götürən "Hüsilər" etiraf edib ki, yanğının törədilməsində 10 PUA-dan istifadə edilib.

****

15:12

Səudiyyə Ərəbistanında dövlətə məxsus neft emalı zavodunda güclü yanğın başlayıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Abkayk bölgəsində - “ARAMCO” şirkətinə məxsus müəssisə yanır.

Bildirilir ki, müəssisəyə Pilotsuz Uçuş Aparatı (PUA) ilə hücum olub. Yanğın PUA ilə törədilən partlayışdan sonra başlayıb. Rəsmi Ər-Riyad ərazinin nəzarətə götürüldüyünü, yanğına qarşı tədbirlərin başladığını bildirsə də, alovun gücləndiyi müşahidə olunur.

Hava hücumunun bu gecə edildiyi bildirilir. Hələlik itkilər barədə açıqlama verilməyib.

Baş verən hadisəyə görə məsuliyyəti üzərinə götürən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR