Talibanın törətdiyi partlayış nəticəsində Əfqanıstan paytaxtı işıqsız qalıb

Talibanın törətdiyi partlayış nəticəsində Əfqanıstan paytaxtı işıqsız qalıb
# 09 oktyabr 2019 12:16 (UTC +04:00)

Taliban radikal qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində yerləşən Pərvan vilayətinin elektrik xətlərinin dayaq qülləsini partladıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Xəbərə görə, nəticədə ölkənin paytaxtı Kabil şəhərində elektrik enerjisi kəsilib. Paytaxtda elektrik enerjisinin bərpası üzrə təmir işləri artıq başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR