Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər ölüb

Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər ölüb
# 15 sentyabr 2019 21:35 (UTC +04:00)

Türkiyə-Suriya sərhədində baş vermiş partlayış nəticəsində azı 12 dinc sakin ölüb, daha 25 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış Suriyanın Ər-Rai yaşayış məntəqəsindəki nəzarət-buraxılış məntəqəsində qeydə alınıb.

Bildirilir ki, partlayış partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində meydana gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR