Xameneyi: “Düşməni geri otuzdurmuşuq, iqtisadi müharibədə də geri otuzduracağıq”

Xameneyi: “Düşməni geri otuzdurmuşuq, iqtisadi müharibədə də geri otuzduracağıq”
  • Clock-gray 23:00
  • calendar-gray 19 Noyabr 2019

“Həm dostlar və həm də düşmənlər bilsin ki, biz hərbi, siyasi və təhlükəsizlik sahəsində  düşməni geri otuzdurmuşuq”.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Əli Xameneyi bu gün ölkənin bir qrup istehsalçıları və sahibkarları ilə görüşündə son günlər yanacağın qiymətinin artımından sonra ölkədə baş verən iğtişaşlar barədə danışarkən deyib.

Xameneyi əlavə edib ki, son bir neçə gündə baş verənlər təhlükəsizlik sahəsində ortaya çıxan məsələlərlə bağlı olub, bu, xalqın məsələsi deyil: “Müxtəlif sahələrdə düşməni geri otuzdurmuşuq və Allahın lütfü ilə iqtisadi müharibədə də, qətiyyətlə deyirəm, düşməni geri otuzduracağıq”.
 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date