Çavuşoğlu: "Əsəd Afrinlə bağlı qərarsızdır"

Çavuşoğlu: "Əsəd Afrinlə bağlı qərarsızdır"
  • Clock-gray 09:06
  • calendar-gray 20 Fevral 2018

“Bizə Əsəd rejiminin Afrinə girməsi barədə məlumat gəlməyib. Əsad Afrinlə bağlı qərarsızdır". 
 
APA-nın “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, YPG ilə kim mübarizə aparmaq istəyirsə aparsın, Türkiyə üçün heç bir problem yaratmır: “Ancaq YPG-yə dəstək üçün gələnlər olsa, o zaman heç kim bizim qarşımızı ala bilməz. YPG-ni müdafiə edən dövlətlər bizim üçün YPG-nin özünə bərabərdir”.
 
M. Çavuşoğlu onu da qeyd edib ki, YPG Türkiyə ordusundan qorxduğu üçün Əsəd rejimini dəstək üçün çağırır.

 

Qeyd edək ki, fevralın 19-da Suriya Dövlət Televiziyası bu ölkə hökuməti ilə PYD-YPG arasında əldə olunan razılığa əsasən Suriya ordusunun Afrinə girəcəyi barədə xəbər yayıb. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date