Hindistanda avtobus dərəyə aşıb, azı 14 nəfər ölüb

Hindistanda avtobus dərəyə aşıb, azı 14 nəfər ölüb
# 18 mart 2018 02:57 (UTC +04:00)

Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 14 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Bihar ştatında baş verib.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, idarəetməni itirən avtomobil maneəni uçuraraq, dərəyə yuvarlanıb.

Qəzanın səbəbi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR