İran prezidenti ilə Türkiyə XİN rəhbəri arasında görüş keçirilib

İran prezidenti ilə Türkiyə XİN rəhbəri arasında görüş keçirilib
# 07 fevral 2018 22:30 (UTC +04:00)

İran prezidenti Həsən Ruhani Tehranda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə İRNA agentliyi xəbər verib.

Məlumata əsasən, tərəflər Suriya böhranının həlli məsələlərini müzakirə etdilər.

“Biz regional problemləri həll etmək üçün Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, deyə H.Ruhani vurğulayıb.

Qeyd edək ki, Tehranda səfərdə olan M.Çavuşoğlu həmçinin iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşdə nazirlər Soçidə keçirilmiş Suriya Milli Dialoqu konqresinin nəticələrini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR