Rusiya və Çin BMT-də Suriya üzrə iclasın keçirilməsini bloklayıblar

Rusiya və Çin BMT-də Suriya üzrə iclasın keçirilməsini bloklayıblar
# 19 mart 2018 22:47 (UTC +04:00)

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Suriya üzrə iclasın keçirilməsini bloklayıblar.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Rusiya və Çin BMT TŞ-da Suriyada insan haqları məsələləri üzrə iclasın əleyhinə çıxıblar.

“Gündəliyə çıxarılan məsələ təsdiqlənməyib, çünki təklifə lazımlı sayda səs verilməyib”, deyə BMT nümayəndəsi qeyd edib.

Suriyada insan haqlarına dair mövzunun gündəliyə salınmasının lehinə 8, əleyhinə isə Rusiya və Çin daxil olmaqla 4 ölkə səs verib. Daha üç ölkənin bitərəf qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR