"Reuters": Suriya ordusu Afrinə daxil olmağa başlayıb

"Reuters": Suriya ordusu Afrinə daxil olmağa başlayıb
  • Clock-gray 15:02
  • calendar-gray 20 Fevral 2018

Suriya ordusunun Türkiyənin hərbi əməliyyat keçirdiyi Afrinə daxil olduğu barədə xəbər yayılıb. 

 

APA-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, Bəşər Əsədə bağlı qüvvələr Hələb istiqamətindən Afrinə daxil olmağa başlayıb.

 

Xatırladaq ki, fevralın 19-da Suriya Dövlət Televiziyası ordunun Afrinə daxil olması barədə PYD-YPG ilə Suriya hökuməti arasında razılıq əldə olunduğunu xəbər verib. Eyni gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astana formatı üzrə tərəfdaş ölkələr olan Rusiya və İran prezidentləri ilə telefon danışığı aparıb. R. T. Ərdoğanın V. Putinə "Əsəd Afrinə girərsə, bunun ağır nəticələri olacaq" dediyi bildirilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date