Yaponiya baş nazirinin İrana səfəri başlayıb

Yaponiya baş nazirinin İrana səfəri başlayıb
# 12 iyun 2019 16:51 (UTC +04:00)

Yaponiya baş naziri Şinzo Abenin Tehrana səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Şinzo Abeni “Mehrabad” hava limanında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

Səfər zamanı Ş.Abe İran Prezidenti Həsən Ruhani və ölkənin Ali lideri Əli Xameneyi ilə görüşəcək.

Bu, son 40 ildən artıq bir müddətdə Yaponiya baş nazirinin İrana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR