ABŞ-ın BMT-dəki nümayəndəsi Şimali Koreyanın nüvə sınağı poliqonunu yenilədiyini bildirib

ABŞ-ın BMT-dəki nümayəndəsi Şimali Koreyanın nüvə sınağı poliqonunu yenilədiyini bildirib
# 12 may 2022 01:13 (UTC +04:00)

KXDR yeni sınaqlar hazırlamaq üçün nüvə poliqonunu bərpa etməyə çalışır.

APA xəbər verir ki, bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Pxenyanın raket sınaqları ilə bağlı Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

“Şimali Koreya da yeddinci nüvə sınağına hazırlaşmaq üçün öz nüvə poliqonunun yenidən qurulması üzrə iş aparır”, - deyə o bildirib.

Tomas-Qrinfild bildirib ki, raket sınaqlarına görə KXDR-ə qarşı yeni sanksiyaların tətbiqinə dair ABŞ-ın təklif etdiyi BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi üzrə danışıqlar başa çatmaq üzrədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR