ABŞ-ın BMT-dəki səfiri Türkiyə-Suriya sərhədinə gedəcək

Linda Tomas-Qrinfild

© APA | Linda Tomas-Qrinfild

# 06 may 2022 16:30 (UTC +04:00)

ABŞ-ın BMT-dəki səfiri Türkiyə-Suriya sərhədinə gedəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, səfir Linda Tomas-Qrinfild mayın 9-da Bab əl-Həva sərhəd-keçid məntəqəsini ziyarət etmək üçün Türkiyəyə səfər edəcək.

Amerikalı diplomat Türkiyədə yaşayan suriyalı qaçqınlara baş çəkəcək, Suriyadakı insanlara dəstək verən QHT tərəfdaşları və BMT-nin Türkiyədəki nümayəndələri ilə görüşlər keçirəcək.

Səfir, həmçinin Türkiyə rəsmiləri ilə görüşərək, Türkiyənin sərhədyanı yardımın asanlaşdırılmasında rolunu müzakirə edəcək.

Səfir Linda Tomas-Qrinfild mayın 10-da Avropa İttifaqının sədrliyi ilə Brüsseldə keçiriləcək “Suriyanın və regionun gələcəyinin dəstəklənməsi, Brüssel VI konfransı”nda Birləşmiş Ştatların nümayəndə heyətinə rəhbərlik etmək üçün Belçikaya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR