Baş nazir: Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Baş nazir: Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur
# 24 may 2023 11:00 (UTC +04:00)

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və ölkədə Alyansının nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

APA xəbər verir ki, bunu parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandıran Yaponiyanın Baş naziri Fumio Kişida deyib.

Hökumət başçısının sözlərinə görə, Yaponiya NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq niyyətində deyil.

Şimali Atlantika Alyansının Yaponiyada nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin hələlik heç bir qərar verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR