Cənubi Koreya səfərbərlikdən yayınan 5 rusiyalını ölkəyə buraxmayıb

Cənubi Koreya səfərbərlikdən yayınan 5 rusiyalını ölkəyə buraxmayıb
# 09 yanvar 2023 12:43 (UTC +04:00)

Cənubi Koreya səfərbərlikdən yayınan beş Rusiya vətəndaşını ölkəyə buraxmayıb.

APA-nın Moskva müxbirinin TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “The Korea Times” yazıb.

Nəşr yazır ki, səfərbərlik səbəbindən ölkəsini tərk edən beş Rusiya vətəndaşı Seul hava limanında ilişib qalıb. Bildirilib ki, rusiyalılar sığınacaq üçün müraciət ediblər, lakin Cənubi Koreyanın hakimiyyət orqanları səfərbərlikdən yayınmanın qaçqın statusu almaq üçün əsas olmadığını əsas gətirərək onlara sığınacaq verməkdən imtina ediblər.

Amma həmin şəxslər vəkilin köməkliyi ilə yanvarın sonunda qərar verəcək məhkəməyə apelyasiya şikayəti veriblər.

"Sığınacaq istəyən rusiyalılar bir neçə aydır ki, hava limanının "duty free" zonasının daxilindəki uçuşu gözləmə zalında yaşayırlar. Onlar Ədliyyə Nazirliyi tərəfindən verilən yeməkləri yeyirlər", deyə qəzet yazır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR