Cənubi Koreya səfiri İran XİN-ə çağırılıb

Cənubi Koreya səfiri İran XİN-ə çağırılıb
# 18 yanvar 2023 17:57 (UTC +04:00)

Cənubi Koreyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Cənubi Koreya Prezidentinin BƏƏ-dəki konfransda bəyanatlarından sonra bu ölkənin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona İran İslam Respublikasının kəskin etirazı çatdırılıb.

Cənubi Koreya səfirinə İranın əksər körfəz ölkələri ilə dostluq əlaqələrinin olduğu bildirilib. Ona Koreya Prezidentinin bu dostluq münasibətlərinə müdaxilə etmək barədə bəyanatları ilə bağlı dərhal izahat tələb edilib və bu yanaşmanın dərhal düzəldilməsinin vacibliyini vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR