Cənubi Koreya Şimali Koreya mediasına girişə tətbiq olunan qadağanı ləğv edib

Cənubi Koreya Şimali Koreya mediasına girişə tətbiq olunan qadağanı ləğv edib
# 23 iyul 2022 03:02 (UTC +04:00)

Cənubi Koreya hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının (KXDR) televiziya, qəzet və digər kütləvi informasiya vasitələrinə girişə tətbiq olunan uzunmüddətli məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” məlumat yayıb.

Cənubi Koreya və Şimali Koreya hazırda öz vətəndaşlarına ümumi sərhədləri keçməyi, telefon zəngləri, elektron poçt və məktublar mübadiləsinə tətbiq olunan əngəlləri qadağan edir.

Müvafiq qurumlar iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı gücləndirmək üçün tədricən KXDR yayımçılarına çıxışı təmin etməyə hazırlaşır.

Hökumət ümid edir ki, KXDR də oxşar addımlar atacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR