Çin Kaxovka SES-in bəndinin dağıdılmasından narahatlığını bildirib

Çin Kaxovka SES-in bəndinin dağıdılmasından narahatlığını bildirib
# 07 iyun 2023 14:11 (UTC +04:00)

Çin Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağıdılmasından son dərəcə narahatdır.

APA xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Zjang Jun Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında deyib. O, bütün tərəfləri beynəlxalq humanitar hüquqa sadiq qalmağa, mülki şəxsləri və mülki infrastrukturu qorumaq üçün əllərindən gələni etməyə çağırıb.

Zjang Jun ölkəsinin Ukrayna böhranının eskalasiyasından və davam etməsindən narahat olduğunu qeyd edib. Əlavə edib ki, Çin BMT-nin və humanitar təşkilatların daşqın bölgəsindəki əhalinin təxliyəsi istiqamətində aktiv səylərini dəstəkləyir.

Zjang Jun qeyd edib ki, Çin sülhün tərəfində qalır, Ukrayna böhranının siyasi yolla həlli üçün fasiləsiz səylərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR