Çin NATO-nu müharibələrə başlamaqda ittiham edib - VİDEO

Çin NATO-nu müharibələrə başlamaqda ittiham edib - VİDEO
# 06 may 2022 03:21 (UTC +04:00)

NATO suveren dövlətlərə qarşı dağıdıcı müharibələrə başlayır.

APA “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjay Tszyun deyib.

“Bəyan edilən müdafiə mahiyyətinin əksinə olaraq, NATO suveren dövlətlərə qarşı məqsədyönlü şəkildə müharibələrə başlayıb Alyans əhali arasında böyük itkilərə və humanitar fəlakətlərə səbəb olub”, - deyə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O əlavə edib ki, NATO - nun Şərqə doğru irəliləməsi Avropada münaqişə toxumunun səpilməsinə səbə olub.

Çjan Çyun bir müddət əvvəl Moskva ilə Kiyev arasında danışıqların Ukrayna böhranının həlli üçün son vasitə olduğunu söyləyib. O əlavə edib ki, beynəlxalq ictimaiyyət dialoq və siyasi nizamlama üçün şərait təşkil etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR