Əfqanıstanda bu gün də məsciddə partlayış törədilib, ölənlər var

Əfqanıstanda bu gün də məsciddə partlayış törədilib, ölənlər var
# 22 aprel 2022 17:17 (UTC +04:00)

Əfqanıstanda məsciddə partlayış törədilib, ölənlər var.

APA "TOLO News"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Qunduz əyalətinin İmam Sahib rayonunun polis rəisi Hafiz Ömər bildirib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında rayondakı Mövləvi İskəndər məscidində partlayış baş verib.

Təhlükəsizlik mənbələri və şahidlər hadisə zamanı 30-dan çox insanın öldüyünü və yaralandığını bildirib.

Şahidlərin sözlərinə görə, yaralılar rayon xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, ötən gün Əfqanıstanda ayrı-ayrı məscidlərdə partlayış törədilib. Xeyli sayda insan ölüb və xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR