Əfqanıstanda məsciddəki partlayışda 31 nəfər ölüb, 87 nəfər yaralanıb - YENİLƏNİB-1

Əfqanıstanda məsciddəki partlayışda 31 nəfər ölüb, 87 nəfər yaralanıb - YENİLƏNİB-1
# 21 aprel 2022 16:36 (UTC +04:00)

Əfqanıstanın Məzari-Şərif şəhərində məsciddə törədilən partlayış zamanı ölənlərin sayı 31-ə çatıb.

APA “Khaama Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli tibb müəssisələrindən açıqlama verilib.

Həkimlər xəstəxanalara azı 87 yaralının daxil olduğunu bildirib.

Günorta namazından sonra baş verən partlayış zamanı ölü sayının artması istisna olunmur.

Hücum hədəfinin şiə müsəlmanları olduğu bildirilir.

***

13:58

Əfqanıstanda məsciddə baş verən partlayışda ölənlər var.

APA "TOLO News"a istinadən xəbər verir ki, bu barədə Əbu Əli Sina-e-Balxi rayon xəstəxanasının həkimi Quusuddin Ənvari bildirib.

Onun sözlərinə görə, Məzari-Şərifdə məsciddə baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 65 nəfər yaralanıb.

***

13:21

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin mərkəzi Məzari-Şərif şəhərində məsciddə partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Aamaj” agentliyi məlumat yayıb.

Partlayışın hansı şəraitdə törədildiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR