Əfqanıstanda qadınların geyimi ilə bağlı yeni qərar çıxarılıb

Əfqanıstanda qadınların geyimi ilə bağlı yeni qərar çıxarılıb
# 07 may 2022 12:18 (UTC +04:00)

Əfqanıstanda hakimiyyətdə olan Taliban qadınların geyimi ilə bağlı yeni qərar çıxarıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Talibanın ali lideri Heybətulla Axundzadə qərar verib.

Qərara əsasən, qadınların ictimai yerlərdə burka geyinməsi məcburidir. Bu, Taliban hakimiyyəti ələ keçirdikdən sonra qadınların həyatına tətbiq edilən ən sərt nəzarətlərdən biridir.

Burka geyinməyənlər üçün bir sıra cəzalar nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR