Ərdoğan 77 il öncə azərbaycanlılara qarşı törədilən faciənin bir daha yaşanmayacağını deyib - VİDEO

Ərdoğan 77 il öncə azərbaycanlılara qarşı törədilən faciənin bir daha yaşanmayacağını deyib - VİDEO
# 09 may 2022 22:17 (UTC +04:00)

“Biz Boraltan Körpüsü faciəsinin utancını bir daha yaşatmayacağıq”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, ölkəsi qapılarını ona ehtiyacı olanlara bağlamayacaq.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayan gündən bu ölkədən Türkiyəyə qaçan insanların sayı 100 minə çatıb.

Prezident Ərdoğan bildirib ki, indiyədək Türkiyəyə qanunsuz şəkildə daxil olub, yaşayan və işləyən 20 min suriyalı, digər ölkə vətəndaşları arasında isə 21 mindən çox insan ölkədən xaric edilib.

Qeyd edək ki, 1944-cü ildə Sovet Rusiyası Orta Asiyada, eləcə də Azərbaycanda kommunist rejimi əleyhinə kiçik bir addıma da göz yummur və bunun qarşısını alırdı. Bu təzyiqlərdən qaçan 146 azərbaycanlı Türkiyəyə sığınmaq qərarı verir. Onlar bunun üçün Türkiyənin İğdır vilayətinin sərhəd qapısına yaxın olan Araz çayının üzərindəki Boraltan körpüsünü keçib və azadlığa qovuşmaq sevinci ilə oradakı hərbi hissəyə sığınırlar.

146 nəfər azərbaycanlının Türkiyəyə sığındığını eşidən Sovet hökuməti onların dərhal SSRİ-yə təhvil verilməsini tələb edir. Türkiyəyə sığınan azərbaycanlılar isə onların yenidən ruslara qaytarılma ehtimalını belə, ağıllarına gətirmirdilər.

Ankaradan verilən göstərişdən sonra hərbi hissənin komandiri 146 azərbaycanlını SSRİ-yə təslim etmək məcburiyyətində qalır.

Ruslara təslim olmaq məcburiyyətində qalan azərbaycanlılar elə türk əsgərlərinin gözləri qarşısında sərhəddi keçən kimi güllələnirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR