Fukusima AES-də xüsusi maddənin sızması baş verib

Fukusima AES-də xüsusi maddənin sızması baş verib
# 23 yanvar 2022 03:21 (UTC +04:00)

Qəzaya uğramış Fukusima AES-də tikilinin divarını soyuq saxlamaq üçün istifadə edilən 4 ton maddənin sızması baş verib.

APA-nın xəbərinə görə, bu barədə NHK kanalı məlumat yayıb. Sızma ötən həftə aşkara çıxıb. Buna səbəb borulardan birinin sıradan çıxmasıdır. Hazırda qəzanın aradan qaldırılması üçün iş gedir.

AES-in ətrafında “buz divar” yaratmaq işi 2016-cı ildə başa çatıb. Məqsəd qrunt sularının reaktora girməsinin qarşısını almaq olub.
Qeyd edək ki, Fukusima-1 AES-i 2011-ci ilin martında baş verən sunami nəticəsində dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR