Hindistanda qatar qəzasında 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb

Hindistanda qatar qəzasında 9 nəfər ölüb, 45 nəfər xəsarət alıb
# 14 yanvar 2022 10:40 (UTC +04:00)

Hindistanda qatar qəzasında 9 nəfər ölüb.

APA-nın məlumatına görə, NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Quvahati-Bikaner marşrutu üzrə hərəkətdə olan sərnişin qatarı Qərbi Benqal ştatının Maynaquri rayonunda relsdən çıxıb.

Ən azı 12 vaqonun relsdən çıxaraq çevrilməsi nəticəsində 9 nəfər ölüb, 45 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Hadisə yerində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR