Honkonqda növbəti aksiyada 1,7 milyon etirazçı toplaşıb

Honkonqda növbəti aksiyada 1,7 milyon etirazçı toplaşıb
# 19 avqust 2019 01:38 (UTC +04:00)

Honkonqda 1,7 milyon insanın iştirakı ilə növbəti etiraz aksiyası keçirilib.

APA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi aksiya təşkilatçılarına istinadən məlumat yayıb.

Təşkilatçıların nümayəndəsi Cimmi Şamın sözlərinə görə, Honkonqun mərkəzi rayonunda sayını dəqiq müəyyən edə bilmədikləri böyük insan kütləsi toplaşıb:

“Ancaq əminəm ki, ümumilikdə iştirak edən etirazçıların sayı 1,7 milyondan çoxdur”.

Bildirilir ki, etirazçılar polisin ünvanına təhqiredici sözlər səsləndirib, lazerlərlə işıq şüaları salıb və mühafizə çəpərlərinə çətirlə vurublar. Ancaq ciddi qarşıdurmalar olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR