İran rəsmiləri iki Britaniya gəmisinin saxlanılması xəbərinə aydınlıq gətirib

İran rəsmiləri iki Britaniya gəmisinin saxlanılması xəbərinə aydınlıq gətirib
  • Clock-gray 00:54
  • calendar-gray 20 İyul 2019

İranın Dənizçilik və Limanlar Təşkilatı Böyük Britaniya gəmisinin saxlanılmasının səbəbini açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Britaniya gəmisi Hörmüz boğazında digər gəmilərin əks istiqamətində - çıxışdan girişə doğru hərəkət edib, gəminin coğrafi mövqeyini göstərən qurğu söndürüldüyü və İran tərəfinin xəbərdarlıqlarına əhəmiyyət vermədiyi üçün saxlanılıb.

Məlumatda bəzi KİV nümayəndələrinin Britaniyanın "Mesdar" adlı daha bir gəmisinin saxlanılması ilə bağlı yaydığı xəbər təkzib olunub. Bildirilib ki, bu gəmiyə yalnız ekologiyaya ziyan vurduğu üçün presedur qaydada xəbərdarlıq olunub və gəmi yoluna davam edib: "Bu gün İran yalnız bir Britaniya gəmisini saxlayıb".

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date