İndoneziyada sürüşmə nəticəsində ölənlərin sayı 33-ə çatıb

İndoneziyada sürüşmə nəticəsində ölənlərin sayı 33-ə çatıb
# 10 mart 2023 14:38 (UTC +04:00)

İndoneziyanın şimalında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə İndoneziya Milli Polisinin mətbuat xidmətinin rəhbəri Əhməd Ramadan bildirib.

Qeyd olunub ki, 21 nəfərin adı itkin düşən şəxslərin siyahısına salınıb və əlverişsiz hava şəraitinə baxmayaraq axtarış-xilasetmə işləri hazırda davam etdirilir.

Xatırladaq ki, martın 6-da İndoneziyanın şimalındakı Riau adalarında güclü leysan yağışları səbəbindən silsilə torpaq sürüşməsi nəticəsində 25 nəfərin öldüyü bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR