İndoneziyada torpaq sürüşməsində azı 10 nəfər ölüb

Torpaq sürüşməsi

© APA | Torpaq sürüşməsi

# 06 mart 2023 17:20 (UTC +04:00)

İndoneziyanın qərbində baş vermiş torpaq sürüşmələri nəticəsində azı 10 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə İndoneziyada Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyin sözçüsü Abdul Muhari bildirib.

Muhari qeyd edib ki, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi əlverişsiz hava şəraiti səbəbindən çətinləşib.

Güclü yağışların səbəb olduğu torpaq sürüşmələri ölkənin qərbində yerləşən Riau Adaları vilayətində baş verib, ölənlərlə yanaşı həmçinin bir neçə nəfər itkin düşüb.

Həmçinin əlavə edilib ki, əlverişsiz hava şəraitinə baxmayaraq axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR