İordaniya Parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib

İordaniya Parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib
# 22 mart 2023 14:34 (UTC +04:00)

İordaniyanın Nümayəndələr Palatası (parlament) İsrailin Əmmandakı səfirinin ölkədən çıxarılmasına səs verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Petra Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, parlamentarilər krallıq hökumətinə İsrail səfirini İordaniyadan qovmağı tövsiyə edirlər.

Bu qərar yəhudi dövlətinin maliyyə naziri, hakim koalisiyaya daxil olan Dini Sionizm partiyasının lideri Bezalel Smotriçin çıxışı zamanı kürsüyə qoyulan İsrail xəritəsi ilə bağlı verilib. Xəritədə İordaniya Haşimilər Krallığı və Fələstinin əraziləri İsrailin ərazisini kimi göstərilibmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR