İran ABŞ-dan 4.3 mlrd. dollar təzminat istəyir

İran ABŞ-dan 4.3 mlrd. dollar təzminat istəyir
# 23 iyun 2022 13:37 (UTC +04:00)

Tehran Məhkəməsinin qərarı ilə ABŞ İran nüvə alimlərinin qətlinə görə onların ailələrinə 4.3 milyard dollar təzminat ödəməlidir.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin beynəlxalq əlaqələr üzrə şöbəsindən məlumat verilib.

Məhkəmə 7 nüvə aliminin ailəsinin şikayəti əsasında ABŞ hökuməti və rəsmilərinə qarşı maddi və mənəvi ziyana görə təzminat verilməsi haqqında qərar çıxarıb.

Ailələr 37 ABŞ rəsmisi və qurumu əleyhinə şikayət veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR