İran Prezidenti Rusiyaya səfər edəcək

Rəisi, Putin

© APA | Rəisi, Putin

# 28 dekabr 2021 12:19 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi 2022-ci ilin yanvarında Rusiyaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Nazirlər Kabinetinin sözçüsü Əli Bahaduri Cəhromi keçirdiyi mətbuat konfransında deyib.

“Rusiya Prezidenti Vladimir Putin İbrahim Rəisini Rusiyaya rəsmi dəvət edib və Prezident gələn ilin əvvəlində bu ölkəyə səfər edəcək. Hazırda prezidentlərin müavinləri səfər zamanı aparılacaq danışıqlar və imzalanacaq sənədlərin hazırlanmasını həyata keçirir”, - o vurğulayıb.

Qeyd edək ki, bu səfər çərçivəsində Tehran və Moskva arasında 20 illik strateji əməkdaşlıq sazişinin imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR