İran XİN: Sanksiyaların aradan qaldırılması istiqamətində işlər aparılır

Hüseyn Əmir Abdullahian

© APA | Hüseyn Əmir Abdullahian

# 11 may 2022 13:41 (UTC +04:00)

Sanksiyaların neytrallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Twitter” hesabında İranın “5+1” ölkələri ilə yaxşı və güclü razılaşma əldə etmək səyləri haqqında münasibət bildirərkən yazıb.

O qeyd edib ki, ölkənin iqtisadi transformasiyadan qorunması və subsidiya sisteminin ədalətli bölüşdürülməsi əsas strategiyadır: “İranın yaxşı, güclü və qalıcı razılaşma əldə edilməsində “qırmızı xətlər”ini qorumaqla, sanksiyaların ləğvi üçün danışıqlar düzgün istiqamətdə aparılacaq”.

Xatırladaq ki, İranın nüvə proqramına dari İran və “5+1” ölkələri arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planının dirçəldilməsi və sanksiyaların ləğvi səylərinin davamı çərçivəsində Avropa İttifaqının xarici işlər nazirinin müavini Enrike Moranın Tehrana rəsmi səfər edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR