İran XİN Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edib

Nasir Kənani

© APA | Nasir Kənani

# 03 oktyabr 2022 17:57 (UTC +04:00)

İran həmişə olduğu kimi, ölkələrin ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin və BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmət edilməsinin zəruriliyini vurğulayır.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında Rusiyanın Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində keçirilmiş “referendum”lara və bu bölgələrin ilhaqı ilə bağlı suala cavabında deyib.

O bildirib ki, İran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün göstərilən bütün səyləri dəstəkləyir, bu prosesə kömək və yardım etməyə həmişə hazırdır.

Nasir Kənani vurğulayıb ki, İran Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR