İranda koronavirusdan ölənlərin sayı 131 878 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 131 878 nəfərə çatıb
# 09 yanvar 2022 17:09 (UTC +04:00)

İranda ötən sutka ərzində 31 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 878 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 480 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 206 405 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR