İranın Sistan və Bəlucistan əyalətinin Delqan şəhərində silahlı şəxs mağazaya hücum edib.
APA-nın Tehran bürosu xəbər verir ki, silahlı şəxsin avtomat silahla hücumu nəticəsində mağazada olan 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Silahlı şəxs hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.