İranda SEPAH komandirinə qarşı sui-qəsd olub

İranda SEPAH komandirinə qarşı sui-qəsd olub
# 23 aprel 2022 14:52 (UTC +04:00)

İranın Sistan və Bəlucistan əyalətində SEPAH komandirinə qarşı sui-qəsd olub.

APA-nın Tehran bürosunun xəbərinə görə, naməlum şəxslər İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Zahidan şəhər Salman Farsi briqadasının (110-cu briqada) komandiri Hüseyn Almasinin avtomobili atəşə tutulub.

Hücum zamanı komandirin mühafizəçisi həyatını itirib. Silahlı şəxslər avtomobillə hadisə yerindən qaçmağa çalışıb. Lakin çox keçmədən əməliyyatı həyata keçirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Qeyd edək ki, öldürülən mühafizəçi Mahmmud Absalan SEPAH-ın Sistan və Bəlucistandakı yüksək rütbəli komandiri general Pərviz Absalanın oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR