İranda son sutkada daha 7 nəfər COVID-19-dan ölüb

İranda son sutkada daha 7 nəfər COVID-19-dan ölüb
# 04 may 2022 15:19 (UTC +04:00)

İranda ötən sutka ərzində 7 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 138 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 252 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 223 828 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR