İranda təyyarədə yanğın olub

İranda təyyarədə yanğın olub
# 19 sentyabr 2022 10:37 (UTC +04:00)

İranın paytaxtı Tehran aeroportunda "Aseman" hava yollarına məxsus "Fokker 100" tipli təyyarədə yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yanğın bu gün səhər saat 5-də Tehran-Buşehr reysi ilə uçmağa hazırlaşan təyyarənin mühərrikində baş verib.

Sərnişinlər təyyarənin göyərtəsində olarkən mühərrik partlayıb və yanğın başlayıb.

Yanğınsöndürmə briqadasının müdaxiləsi ilə yanğın söndürülüb və sərnişinlərdən zərərçəkən olmayıb.

Sərnişinlər terminala köçürüldükdən sonra başqa bir təyyarə ilə səfərlərini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR